Ceki Çan

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Ceki Çan

Ceki Çan koronovirusa yoluxması xəbərini təkzib edib

Honq Konq səlahiyyətliləri də yayılan xəbərlərin doğru olmadığını deyib

Dünya şöhrətli aktyor Ceki Çan koronovirus qripinə yoluxması və karantin altına alınması ilə bağlı yayılan xəbəri təkzib edib.

65 yaşlı aktyorun bir müddət öncə dəvət aldığı tədbirdə koronovirusa yoluxduğu iddia olunub.

Honq Konqun səlahiyyətli şəxsləri bu xəbərlərlə bağlı açıqlama verərək, Ceki Çanın koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

Aktyor bu günlərdə açıqlamasında koronavirusa qarşı təsirli peyvənd kəşf edən həkimə 1 milyon Çin yuanı (197 min ABŞ dolları) mükafat verəcəyini elan etmişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xvo8kg

Ən çox baxılan