Məqalə “Kavkazski uzel”
saytında
dərc olunub.
Putinin hakimiyyətinin 2030-cu ilə qədər uzadılması ilə əlaqədar Çeçenistan parlamenti qanun layihəsi hazırlayıb
Mayın 10-da Çeçenistan Parlamenti Dövlət Dumasına Konstitusiyanı dəyişdirmək təklifi verməyi planlaşdırır ki, Vladimir Putin 2024-cü ildə üçüncü dəfə seçilə bilsin. Dövlət Dumasının profil komitəsinin rəhbəri Mixail Yemelyanov bu təşəbbüsü ehtiyatla qarşılayıb.
Prezident səlahiyyətlərinin iki dəfədən daha çox uzatma təşəbbüsü ilə Çeçenistan prezidenti Ramzan Kadırov hələ aprel ayında çıxış etmişdi. Kadırov vurğulamışdı ki, söhbət məhz Vladimir Putindən gedir.
“Mövcud prezidentin sağlam olduğu müddətcə başqa bir dövlət başçısı haqqında düşünməməliyik. İndi Putinin alternativi yoxdur. Hətta Putinin özündən də soruşmamalıyıq! Xalq, Federasiya Şurası, Dövlət Duması, digər dövlət qurumları belə bir təşəbbüs göstərməli və qərar qəbul etməlidir. Əminəm ki, sonunda, hər kəs bunu dəstəkləyəcək”, – “İnterfaks” Kadırovun 13 aprel tarixində səsləndirdiyi fikirləri qeyd edib.
Kadırovun təşəbbüsü ilə, Çeçenistan parlamenti, Rusiya Konstitusiyasına düzəlişləri nəzərdə tutan federal qanun layihəsi hazırlayıb. Dəyişikliklər “Rusiya Federasiyasının Prezidenti vəzifəsinin dəyişdirilməsi vaxtı haqqında”- maddəsinə təklif olunur.
Çeçen Parlamentinin Şurası mayın 8-də bu qanun layihəsini nəzərdən keçirib və növbəti parlament yığıncağının gündəminə salıb.
“Bu təşəbbüs Dövlət Duması tərəfindən qəbul edilsə, eyni şəxs Rusiya prezidentinin vəzifəsini artıq üç dəfə icra edə biləcək. Bu düzəliş dövləti demokratik əsaslarından məhrum etmir və xalqa öz gələcəyini müəyyən etməyə imkan verir”, – Çeçenistan Parlamentinin internet saytında dərc olunan məlumatda qanun layihəsinə izahlı qeyd olan istinadda bildirilib.
“Kommersant”ı n xəbərinə görə, Çeçen parlamentinin deputatları Dövlət Dumasında qanun layihəsinin qəbuluna dair qərar alacağı növbəti iclas mayın 10-da keçiriləcək.
Vladimir Putin 2018-ci il 18 mart seçkilərinin nəticələrinə görə dördüncü dəfə Rusiya prezidenti oldu. 2000 və 2004-cü ildə Putin dörd il müddətinə prezident seçildi. 2008-ci ilin may ayında Rusiya hökumətinə rəhbərlik etdi və 2012-ci ildə yenidən prezidentliyə və bu dəfə altı il müddətinə seçildi. “Kavkazskiy Uzel”in “Prezident seçkiləri-2018: Putin və yeddilik” materialında belə qeyd olunub. Kadırovun təklif etdiyi Konstitusiya dəyişiklikləri, Putinə 2024-ci ildə yenidən seçilməyə və 2030-cu ilə qədər idarəçilik etməyə şərait yaradır.
Kadırov və Çeçen deputatların təklifi Dövlət Dumasının Dövlət Tikinti və Qanunvericilik Komitəsinin sədr müavini Mixail Yemelyanov tərəfindən bu gün şərh edilib. O qeyd edib ki, məsələ “ciddi müzakirə” tələb edir.
“Hesab edirəm ki, belə qərarlar, əlbəttə ki, ciddi müzakirə və milli razılıq əldə edilməsi nəticəsində qəbul edilməlidir”, – “RİA Novosti” Yemelyanovun sözlərindən sitat gətirib.
Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri olan Canbulat Umarov bu təklifi “kifayət qədər əhatəli düşünülmüş” kimi təsvir edib.
“Hesab edirəm ki, bu, kiminsə bəyənib bəyənməməsindən asılı olmayaraq, kifayət qədər əhatəli düşünülmüş bir təklifdir. Hər şeydən əvvəl, bu, dövlət zərurətindən irəli gəlir. Mənə elə gəlir ki, bu “müddətlə bağlı sıçrayış”, – bu maneə aradan qaldırmalıdır”, – “Exo Moskvı” onun fikirlərini dərc edib.
Rusiyanın Konstitusiyasına düzəlişlər, o vaxtkı ölkə prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə prezidentlik müddəti dörd ildən altı ilədək artırılaraq, 2008-ci ilin dekabrında qəbul edildi.
“Çeçen parlamentinin qanun layihəsi olaraq formalaşdırdığı Kadırovun təşəbbüsü daxili siyasətin bir hissəsidir”, – deyə Siyasi Təhlil Mərkəzinin aparıcı eksperti Mixail Zaxarov bildirib.
“Bizim Şimali Qafqaz respublikalarında bu cür sadiqlik təzahürünü sevirlər. Hesab edirəm ki, bu, respublika tarixidir. … bütün sadiq xidmətçilər arasında ən sadiq xidmətçi olmaq üçün bu cür reaksiya vermək. Nə Ramzan Kadırov, nə də digər çeçen siyasətçiləri rusların əksəriyyətinin gözündə ictimai rəyin elitası hesab olunurlar. Əgər prezident bir anda Konstitusiyanı dəyişdirməyi qərara alsa, Çeçenistan parlamentinin hər hansı bir çıxışına ehtiyacı yoxdur”, – bu gün “Business FM” onun şərhindən sitat gətirib.
“2030-cu ildə, 78 yaşına çatacaq olan Putinin səlahiyyətlərini uzatma məsələsi yenidən ortaya çıxa bilər”, – deyə “Exo Moskvı” icmalçısı Anton Orex qeyd edib.
“Çeçen nazir Ömərov “müddətlə bağlı sıçrayış” adlandıraraq yaranmış vəziyyəti çox gözəl dəyərləndirib. Baxırsan ki, Putin 18 ildir hakimiyyətdədir, amma əslində o, təzəlikcə ikinci müddətinə başlayıb – əlbəttə ki, bu sıçrayışdır! Yeltsin hələ qalırdı, amma Putin artıq idarə edirdi. Putin idarə edirdi, baxmayaraq ki. Medvedev prezident idi. … 2030-cu ildə eyni sual yenidən ortaya çıxacaq: əgər alternativi yoxdursa, nə üçün əslində Putinin harasa getməlidir?” – radiostansiyasının saytındakı bloqunda jurnalist belə yazıb.