Cəbrayıl rayon sakini minaya düşüb

Daxili İşlər Nazirliyi vətəndaşların icazəsiz sözügedən ərazilərə səfərini qadağan edib.

Source: АПА


57 yaşlı şəxsin müxtəlif bədən xəsarətləri aldığı bildirilir

Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 57 yaşlı Cəbrayıl rayon sakini Güloğlan İmran oğlu Mirzəliyev minaya düşüb.

Cəbrayıl Rayon Prokurorluğunun məlumatına görə, fevralın 25-də, saat 14 radələrində 1964-cü il təvəllüdlü Güloğlan Mirzəliyev Cəbrayıl rayonunun işğaldan azad olunmuş Mehdili kəndi ərazisində piyada əleyhinə minaya düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma başladılıb.

Bu, işğal olunmuş ərazilərdə baş verən yeganə hadisə deyil. Bundan əvvəl Füzuli və Ağdam rayonu ərazilərində də vətəndaşların minaya düşməsi halı baş verib. Daxili İşlər Nazirliyi vətəndaşların icazəsiz sözügedən ərazilərə səfərini qadağan edib.

Ana səhifəSiyasətCəbrayıl rayon sakini minaya düşüb