Əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub
Ermənilər Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfin təxribatı nəticəsində əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.
Nazirlikdən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.