Cəbhədə döyüş baş verib – itki var

“Qarşı tərəfin 5 hərbçisi öldürülüb, 10 nəfərədək yaralısı var”

Source:


“Qarşı tərəfin 5 hərbçisi öldürülüb, 10 nəfərədək yaralısı var”

Aprelin 21-də Azərbaycan-Ermənistan cəbhəsinin Tərtər (Bakıdan 324 kilometr qərb) istiqamətində erməni silahlı birləşmələri ilə döyüş olub.

Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, “qısa müddətli döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ermənilərə ağır zərbə endirib. Nəticədə 5 erməni hərbçisi öldürülüb, 10 nəfərədək yaralısı var”.

Öz növbəsində, erməni tərəfi cəbhədə döyüş olduğunu təsdiq edib. Ermənistan mediası rəsmi mənbələrə istinadən cəbhədə yaxın məsafəli üzbəüz döyüşün 4 saatadək davam etdiyini və Azərbaycanın azı 1 hərbçisini itirdiyi bildirlir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti Ermənistan hərbi-siyasi rəhbərliyini növbəti dəfə itkilərini ictimaiyyətdən gizlətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə guya təxribat törətməsi barədə yalan xəbərlər yaymaqla çaşqınlıq yaratmağa cəhd göstərdiyini və yaxın günlərdə müxtəlif bəhanələrlə həlak olan və yaralananlar haqqında məlumatları ortalığa çıxaracaqlarını bildirir.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Silahlı Qüvvələri itki vermədən bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

Ana səhifəXəbərlərCəbhədə döyüş baş verib – itki var