Cəbhəçinin oğluna 20 sutka inzibati cəza verildi

Sahib Rüstəmlidən və oğlundan Facebook-da fəallıqlarını dayandırmaq tələb olunub

Source:


Sahib Rüstəmlidən və oğlundan Facebook-da fəallıqlarını dayandırmaq tələb olunub

AXCP Sabirabad rayon şöbəsinin Ali Məclisinin üzvü Sahib Rüstəmlinin oğlu Rail Rustamov fevralın 16-da Sabirabad rayon polis şöbəsi tərəfindən saxlanılıb.

Məlumatı Meydan TV-yə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

O, deyib ki, gün ərzində Sahib Rüstəmli oğlundan xəbərsiz olub. Sonradan atasını çağırıb deyiblər ki, oğlun və sən Facebook-da fəallığınızı dayandırın. Rüstəmli buna etiraz edib və cavab olaraq oğlu polisə müqavimət ittihamıyla 20 sutka inzibati qaydada cəzalandırılıb.

Elə həmin gün Sahib Rüstəmlinin və həbs edilən oğlu Rail Rüstəmovun avtomobilləri cərimə meydançasına aparılıb.

Rail Restəmovun həbs edilməsini Sabiradabad rayon polis şöbəsinin növbətçi hissəsindən “Turan İA”-a təsdiq etsələr də, əlavə məlumat verməyiblər.

Ana səhifəXəbərlərCəbhəçinin oğluna 20 sutka inzibati cəza verildi