İttihama görə Rusiyada bizneslə məşğul olan Saleh Rüstəmli qeyri-qanuni yollarla 412 min dollar vəsaiti AXCP sədri Əli Kərimliyə çatdırıb. Təqsirləndirilən şəxslər qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə olunan pulları leqallaşdırmaqda ittiham olunurlar. Onlar ittihamı qəbul etmir, özlərini təqsirsiz hesab edirlər. Məhkəmə ittiham olunan 3 nəfərə ümumilikdə 14 il 3 ay həbs cəzası, iki nəfərə isə 6 il 8 ay müddətinə şərti cəza verərək məhkəmə zalından azadlığa buraxıb.
Bu yazı 6 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 27 Fevral 2019 21:17