Cəbhəçi gəncin atası oğluyla görüşə bilməyib

“Mənə deyirlər ki, oğlun xəta törədib, amma nə xətası törədib, onu açıqlamırlar”

Source:


“Mənə deyirlər ki, oğlun xəta törədib, amma nə xətası törədib, onu açıqlamırlar”

Bir həftədən artıqdır AXCP fəalı Fuad Əhmədliin hansı səbəbdən saxlandığı barədə açıqlama verilmir. Gəncin atası Zəfər Əhmədov mayın 7-də DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində olub.

Zəfər Əhmədovu Meydan TV-yə bildirib ki, oğlu ilə görüşə bilməyib, yalnız yeməyini qəbul ediblər.

Zəfər Əhmədli oğlu ilə bağlı konkret məlumat da ala bilməyib. “Birinci sualım odur ki, oğlum nəyə görə saxlanılıb və məhz bu idarəyə gətirilib. Mənə məhkəmənin oğlum haqqında 25 sutka azadlıqdan məhrumetmə qərarının olduğunu deyirlər. Ancaq hansı rayon məhkəməsinin və nəyə görə cəza verildiyini demirlər. Əgər oğlumu polis saxlayıbsa, patrul xidməti aparmalıydı. Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin bu məsələyə müdaxiləsi anlaşılmazdır”.

O, oğlunun 3 may mitinqindən bir neçə gün əvvəl saxlanıldığını, ancaq aksiyanın keçirilmədiyini də xatırladıb: “Əgər mitinqə görə saxlanılıbsa, mitinqə icazə verilmişdi, sadəcə, partiya vaxtın dəyişdirildiyi üçün təxirə saldı: “Mənə deyirlər ki, oğlun xəta törədib, amma nə xətası törədib, onu açıqlamırlar”.

Ana səhifəXəbərlərCəbhəçi gəncin atası oğluyla görüşə bilməyib