Cəbhəçi gənc sərbəst buraxıldı

Vəkil: İş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcək

Source:


Vəkil: İş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcək

Avqustun 31-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati qaydada həbs edilmiş fəalı Ruslan Qarayev azadlığa buraxılıb.

Məlumatı onun vəkili Əsabəli Mustafayev “Facebook” səhifəsində yayıb.

Vəkilin sözlərinə görə, cəbhəçi gənc inzibati cəzası başa çatdığından azad edilib.

Ruslan Qarayevin inzibati həbs qərarının ləğv edilməsi üçün verilmiş şikayətləri yerli məhkəmələr təmin etməmişdi.

Gənc fəalın həbsinin qanunsuz və əsassız olduğunu bildirən vəkil iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini deyib.

Ana səhifəXəbərlərCəbhəçi gənc sərbəst buraxıldı