Amil Məmmədzadə polisin qanuni əmrinə tabe olmamaqda ittiham olunurdu
AXCP Suraxanı rayon şöbəsinin Gənclər Komitəsinin sədr müavini Amil Məmmədzadə 30 sutka azadlıqdan məhrum edilib.
O, polisin qanuni tələbinə tabe olmamaqda təqsirləndirilib və rayon məhkəməsi bu barədə hökm çıxarıb.
Məlumatı Meydan TV-yə AXCP sədrinin müavini Gözəl Bayramlı verib.
G.Bayramlı deyib ki, bir qayda olaraq cəbhəçiləri gəlib evindən aparırlar, yaxud polis idarəsinə və ya bölməsinə çağırırlar, sonra da onlara qarşı polisə müqavimət ittihamı irəli sürürlər:
“Azərbaycan polis sistemində 2 maddə trend olub – siyasilərə bir çox hallarda polisə müqavimət, bəzən də narkotika, digərlərinə isə elə narkotika ittihamları”.