Cəbhəboyu atışma: Bir əsgər həyatını itirdi

Hadisə nəticəsində şəxsi təsərrüfatlara ziyan dəydiyi bildirilir

Source:


Hadisə nəticəsində şəxsi təsərrüfatlara ziyan dəydiyi bildirilir

İyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan atəşə məruz qalıb.

Məlumatı Azərbaycanın Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, hadisə zamanı yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Atışma nəticəsindı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseyn Zakir oğlu Əkbərli həyatını itirib.

“Hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Müdafiə Nazirliyi bir daha bəyan edir ki, düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görüləcəkdir” – məlumatda bildirilir.

Ermənistan tərəfdən hər hansı itki barədə məlumat yoxdur.

Ana səhifəXəbərlərCəbhəboyu atışma: Bir əsgər həyatını itirdi