Çavuşoğlu: Geri çağırılan 32 diplomat Türkiyəyə qayıtmayıb

Banqladeşdə çalışan iki diplomat isə ABŞ-a qaçıb

Source:


Banqladeşdə çalışan iki diplomat isə ABŞ-a qaçıb

“Türkiyəyə geri çağırılan, lakin səbəbsiz, icazəsiz olaraq geri qayıtmayan diplomatların sayı 32-dir”.

APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə keçirdiyi mətbuat konfransında deyib.

O, həmçinin Banqladeşdəki türk diplomatların ABŞ və Rusiyaya qaçması məsələsinə də toxunub: “Banqladeşdəki səfirliyimizdə çalışan 3 diplomatımızı geri çağırmışdıq. Onlardan biri qayıtdı və burada işə başladı, ikisi isə ABŞ-a qaçıb. Diplomatın Rusiyaya qaçması ilə bağlı məlumatı yeni almışıq və bunu detallı şəkildə araşdırırıq”.

2016-ci il iyulun 15-də baş verən çevriliş cəhdindən sonra Türkiyə ümumilikdə 208 diplomatını geri çağırıb.

Ana səhifəXəbərlərÇavuşoğlu: Geri çağırılan 32 diplomat Türkiyəyə qayıtmayıb