Cavid Hüseynovun vəsatətləri təmin olunmadı (VİDEO)

Yanvarın 27-də jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən futbolçu Cavid Hüseynovun Səbail rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Hakim Elmar Rəhimovun tapşırığı ilə məhkəməyə heç bir jurnalist buraxılmayıb.

İclasda vəkil Adəm Məmmədov iki vəsatətlə çıxış edib: Cavid Hüseynovun həbs-qətimkan tədbiri dəyişdirilsin və Rasim Əliyevin işi üzrə keçirilən məhkəmə başa çatandan sonra bu işə baxılsın. Hakim vəsatətləri təmin etməyib.

Futbolçunun vəkili deyir ki, cinayət işinin tanış olma mərhələsindən bir qədər əvvəl Cavid Hüseynovun işi ayrı icraata götürülüb. Zərərçəkmiş tərəfinin vəkili Əsabəli Mustafayev bu məsələyə diqqət yetirməyib.

Əsabəli Mustafayev isə bildirir ki, işlə tanış olarkən ayrılma yox idi. Müstəntiq də bu barədə heç bir məlumat verməyib.

Növbəti məhkəmə prosesi fevralın 10-da davam edəcək.

Ana səhifəVideoCavid Hüseynovun vəsatətləri təmin olunmadı (VİDEO)