Cavid Hüseynovun məhkəməsi qapalı keçirilib

Jurnalistlər futbolçunun məhkəməsinə buraxılmayıblar

Source:


Jurnalistlər futbolçunun məhkəməsinə buraxılmayıblar

Yanvarın 27-də Səbail rayon Məhkəməsində Elmar Rəhimovun sədrliyi ilə “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun işi ilə bağlı hazırlıq iclası keçirilib.

Jurnalist Rasim Əliyevin işi üzrə təqsirləndirilən futbolçunun məhkəməsinə jurnalistlər buraxılmayıb.

Meydan TV əməkdaşının məlumatına görə, əvvəlcə bütün jurnalistlər prosesin keçiriləcəyi zala buraxılsalar da, sonradan zal dəyişdirilib.

Cavid Hüseynovun vəkili Adəm Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, onlar prosesin qapalı keçirilməsində maraqlı deyillər. Vəkil bunun hakimin qərarı olduğunu və prosesin açıq keçirilməsi üçün vəsatət qaldıracaqlarını söyləyib.

Adəm Məmmədov bildirib ki, məhkəmədə vəsatətlə çıxış edərək Cavid Hüseynov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib: «Bir vəsatət də qaldırdım ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Əliyevin işi üzrə keçirilən məhkəmə başa çatandan sonra bu işə baxılsın. Çünki bu iş o işin nəticəsindən asılıdır».

Məhkəmə baxışı fevralın 10-na təyin olunub.

Ana səhifəXəbərlərCavid Hüseynovun məhkəməsi qapalı keçirilib