Cavid Hüseynovun həbs müddəti uzadıldı.

Futbolçu reportyor Rasim Əliyevin ölümündən sonra təqsirli bilinərək saxlanılıb

Source:


Futbolçu reportyor Rasim Əliyevin ölümündən sonra təqsirli bilinərək saxlanılıb

“Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun həbs müddəti uzadılıb. Məlumatı “Report”a onun vəkili Adəm Məmmədov verib.

Bildirilir ki, Bakı şəhər Prokurorluğu Səbail Rayon Məhkəməsinə müraciət edərək futbolçu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin iki ay artırılması barədə protest verib. Səbail məhkəməsinin qərarına əsasən, Cavid Hüseynovun həbs qətimkan müddəti 1 ay müddətinə uzadılıb.

“Qəbələ” futbol klubunun kapitanı avqustun 8-də Bakı şəhər sakini, ann.tv-nin reportyoru Rasim Əliyevin ölümü ilə bağlı cinayət işində təqsirli bilinərək barəsində 3 ay müddətinədək həbs qətimkan tədbiri seçilmişdi.

Ana səhifəXəbərlərCavid Hüseynovun həbs müddəti uzadıldı.