Maddələrin sanksiyasından da görünür ki, alternativ sanksiyalardır. Yəni futbolçunun təqsiri sübuta yetiriləcəyi halda cərimə cəzası ilə də məhkum edilə bilər
Vəkil deyir ki, bu maddələrlə bir qayda olaraq istintaq dövründə həbs qətimkan tədbiri seçilmir: “Məncə, bu istisna həssas ictimai təəssürata yönəlib. İkincisi, jurnalistin ölümü nə vaxtdan böyük ictimai təhlükə törətməyən əməllər sırasına aid edildi? Ən azı işin detallarından görünür ki, Cavid mərhum dostumuzu haqq-hesab çəkməyə çğırıb və bu məqsədlə onunla telefon əlaqəsi də saxlayıb. Bu isə ona irəli sürülən ilkin (ümid edək k,i belədir) ittihamı istisna edir. Yəni gözlənilən maddə ən azı 32 – iştiraçkılıq (maddənin bəndini istintaq qrupu daha yaxşı bilir) və 126.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə)-lə olmalı idi”.
307.1. Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə — beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 307.2. Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə— iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.