Fevralın 10-da Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun işinə baxılıb. Futbolçu itihamları qəbul etməyib:
“Xalqın qarşısında deyirəm, mən heç bir cinayət törətməmişəm. Altı aydır ki, günahsız yerə həbsdəyəm. Bunun haqqını kim verəcək? Şər-böhtanla da olsa, 3-5 il yatıb çıxacağam. Bəs mənim, ailəmin haqqını kim ödəyəcək?”
Vəkil Adəm Məmmədovun vəsatətindən sonra jurnalistlər məhkəməyə buraxılıb.
Jurnalist Rasim Əliyevin valideynləri məhkəməyə şahid qismində dəvət edildiklərini bildiriblər. Lakin proses zamanı içəri buraxılmayıblar.
Cavid Hüseynovun məhkəmə prosesi fevralın 24-nə təxirə salınıb.