Dünyada korrupsiyadan xali olan ölkə yoxdur. Bunu bir-birinin ardında Rusiya, Belarus, Cənubi Koreyada korrupsiyaya qarşı keçən kütləvi mitinqlər nümayiş etdirdi. Vacib olan ölkələrin korrupsiya ilə necə mübarizə aparmasıdır. Azərbaycanda korrupsiya ilə mübarizəni çətinləşdirən odur ki, onun siyasi himayəsi hakimiyyətin ən yüksək eşelonlarına gedib çıxır. Panama sənədlərinin işıq üzü görməsindən keçən 1 il ərzində bu sənədlər bir çox ölkədə istintaq araşdırmasına səbəb oldu. 2 ölkədə – Braziliya və Cənubi Koreyada isə prezidentlərin impiçmenti və prezident kreslosu ilə vidalaşması ilə nəticələndi. Bəs Azərbaycanda prezident aıləsi ilə bağlı üzə çıxan faktlar nə üçün araşdırılmadı və bunu kim etməli idi? Büdcədə çatışmayan 48 milyard dollar necə hesablanıb və Azərbaycana necə qaytarılmalıdır? Korrupsiya ilə mübarizəni bu həftəsonu 8 aprel “Talana yox!” mitinqinin təşkilatçılarından biri, AXCP sədri Əli Kərimli ilə müzakirə edirik. ƏN ƏSASI Sevinc Osmanqızı ilə.