Yeni prezident 4 il müddətinə seçilib
Fevralın 26-da İsveçrənin Sürix şəhərində FİFA-ya növbəti prezident seçkisi keçirilib.
Komanda.az xəbər verir ki, səsvermənin ilkin nəticələrinə əsasən, prezidentliyə 4 namizəddən (Tokyo Seksvale namizədliyini geri götürüb) heç biri prezident seçilmək üçün lazım olan ümumi səslərin 2/3-ni toplaya bilməyib.
Belə ki, ilkin səsvermədə Canni İnfantino 88, Salman bin İbrahim Əl-Xəlifə 85, Əli bin Əl-Hüseyn 27, Jerom Şampan isə 7 səs toplayıb.
Səsvermənin ikinci mərhələsində isə yeni FİFA prezidenti məlum olub. Belə ki, Canni İnfantino 115 səs toplayaraq, FİFA-nın yeni prezidenti seçilib. İsveçrəli səslərin 50 faizindən çoxunu topladığından, ikinci mərhələdə qalib elan olunub. Əl-Xəlifə 88, Əl-Hüseyn isə cəmi 4 səs toplayıb. Şampana isə ikinci mərhələdə səs verən olmayıb.