”Çalışırıq bank sektoru ilə bağlı diqqətli, həssas olaq”

Kamran Əliyev: ”Açıq-aydın mənimsəmə faktları olduqda, birbaşa müdaxilə edirik”

Source:


Kamran Əliyev: ”Açıq-aydın mənimsəmə faktları olduqda, birbaşa müdaxilə edirik”

“Bank işləri ilə bağlı müxtəlif cinayət işlərinin istintaqını aparırıq. Bununla bağlı ibtidai araşdırmalar gedir”.

APA-ya baş prokurorun müavini – Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev deyib.

K. Əliyev bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və Hesablama Palatası tərəfindən aparılan araşdırmalar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilir və araşdırılır:

“Bank sahəsinin öz qanunları var. Biz bank sektorunun fəaliyyətinə mane olmamaq üçün bu xətti gözləməliyik. Bu, həm də özəl sektora aiddir. Araşdırmalar sektorun inkişafına təkan verməlidir. Biz cinayət təqibi vasitələrindən son zərurət kimi istifadə edirik. Yalnız açıq-aydın mənimsəmə faktları olduqda, birbaşa müdaxilə edirik”.

Kamran Əliyev hər pozuntunun cinayət olmadığını da deyib:

“Bank qanunvericiliyinin pozulması, hansısa inzibati pozuntular, səhlənkarlıqlar ola bilər.  Odur ki, diqqətli və həssas olmağa çalışırıq. Bu məsələdə bank mütəxəssislərinin köməyindən də istifadə edirik. Biz hüquqşünasıq, məsuliyyəti həddindən artıq üzərimizə götürmək də düzgün olmaz”.

Ana səhifəXəbərlər”Çalışırıq bank sektoru ilə bağlı diqqətli, həssas olaq”