Cahangir Hacıyevin yenidən məhkəməsi başlayır

Bu dəfə məhkəmə qarşısına keçmiş deputat Dünyamın Xəlilov da çıxarılacaq

Source:
Cahangir Hacıyev foto sosial şəbəkə
Cahangir Hacıyev foto sosial şəbəkə
Cahangir Hacıyev foto sosial şəbəkə
Cahangir Hacıyev foto sosial şəbəkə


Bu dəfə məhkəmə qarşısına keçmiş deputat Dünyamın Xəlilov da çıxarılacaq

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyev yaxın günlərdə yenidən məhkəmə qarşısına çıxarılacaq. Bu dəfə o, daha 21 nəfərlə birlikdə mühakimə olunacaq. Meydan TV-nin əldə etdiyi məlumata görə, həmin şəxslərin arasında keçmiş deputat, 13 il azadlıqdan məhrum edilmiş Dünyamin Xəlilov, Cahangir Hacıyevin bacanağı və başqa qohumları da var.

C.Hacıyev və daha 21 nəfər haqqında cinayət işinin materialları artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Sabiq bankirin işinə baxacaq hakimlər də məlumdur. Bu dəfə Beynəlxalq Bank işini Faiq Qəniyevin sədrliyilə, Şəkər Məmmədova və Mirzə Xankişiyevdən ibarət hakimlər kollegiyası araşdıracaq.

Hələlik məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

Budəfəki cinayət işində Beynəlxalq Bankla bağlı 3.4 milyard dollar və 987 milyon avroluq mənimsəmə və israfetmədən söhbət gedir. İddia olunur ki, Beynəlxalq Bankın vəsaitləri israf olunaraq, real dəyəri olmayan veksellər alınıb, geri qaytarılacağına təminat olmayan kreditlər verilib.

C.Hacıyev, D.Xəlilov və daha 20 nəfər təqsirləndirilən şəxsə qarşı mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması, vergidən yayınma və başqa maddələrlə ittihamlar irəli sürülüb.

C.Hacıyev 2015-ci il dekabrın 4-dən həbsdədir. O, 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərCahangir Hacıyevin yenidən məhkəməsi başlayır