Mənbə: Meydan Tv

Cahangir Hacıyevin cəzası artırıldı

Keçmiş deputat Dünyamin Xəlilov da daxil olmaqla daha bir neçə nəfərə hökm oxunub

“Beynəlxalq Bank”ın keçmiş rəhbəri, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin cəzası 15 ildən 16 il 6 aya qaldırılıb. Sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona, bacanağı, tütün fabrikinin direktoru olmuş İsmayıl Hidayətzadəyə, keçmiş deputat Dünyamin Xəlilova və Beynəlxalq Bank işi üzrə təqsirləndirilən daha 18 nəfərə hökm oxunub.

Hakim Faiq Qəniyevin sədrliyilə çıxarılan hökmə əsasən, İ.Hidayətzadə 5 il 6 ay, D.Xəlilov 14 il 6 ay azadlıqdan məhrum edilib.

F.Xəlilovun işçiləri olmuş, adlarına bankdan kredit götürülmüş 18 nəfərə isə şərti cəza verilib.

Onlar Cinayət Məcəlləsinin 179 (mənimsəmə) maddəsilə təqsirli bilinib. C.Hacıyevə CM-in 313-cü (vəzifə saxtakarlığı) maddəsilə cəza təyin edilməyib. Hökmdə göstərilib ki, bu ittiham üzrə məsuliyyətə cəlbetmə müddəti keçib.

Vergilər Nazirliyinin 1 milyon 750 min manatlıq mülki iddiası təmin edilməyib. Bildirilib ki, D.Xəlilov haqqında əvvəlki hökmdə bu məsələ artıq öz əksini tapıb.

“Aqrarkredit” QSC də 3.7 milyardlıq mülki iddia qaldırmışdı. Bu iddia qismən təmin olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rwceww

Ən çox baxılan