Mənbə: Meydan TV

Cahangir Hacıyevin bacanağı vaxtından əvvəl azadlığa çıxdı

İsmayıl Hidayətzadə Nizami Rayon Məhkəməsinin qərarıyla şərti azadlığa buraxılıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin bacanağı, “İntertobacco” tütün fabrikinin keçmiş rəhbəri İsmayıl Hidayətzadə həbsdən azad edilib.

2016-cı ilin fevralından həbsdə olan və 5 il 6 ay azadlıqdan məhrum edilən İ.Hidayətzadə Nizami Rayon Məhkəməsinin qərarıyla vaxtından əvvəl şərti azadlığa buraxılıb.

C.Hacıyevin barəsində ikinci cinayət işində təqsirləndirilən 22 nəfərdən biri də İ.Hidayətzadə idi. Həmin şəxslərdən yalnız üç nəfər həbsdə idi - C.Hacıyev, İ.Hidayətzadə və keçmiş deputat Dünyamin Xəlilov. 22 nəfərdən bu üç nəfərə azadlıqdan məhrumetmə, digərlərinə isə şərti cəza verildi.

Sentyabrın 6-da çıxarılan hökmlə C.Hacıyevə birinci cinayət işi üzrə verilmiş 15 illik cəzası da daxil, qəti olaraq, 16 il 6 ay, D.Xəlilova 14 il 6 ay, İ.Hidayətzadəyə isə 5 il 6 ay həbs verildi.

Onlar Beynəlxalq Bankdan kredit götürülmüş milyonlarla vəsaiti mənimsəməkdə ittiham olunurlar. Lakin heç biri özünü təqsirli bilmir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/96gank

Ən çox baxılan