Cahangir Hacıyevin apellyasiya şikayəti təmin edilməyib

O, Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur

Source:


O, Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur

Bu gün Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

C. Hacıyev Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarla razılaşmayan C. Hacıyev apellyasiya şikayəti verib.

Ana səhifəXəbərlərCahangir Hacıyevin apellyasiya şikayəti təmin edilməyib