Cahangir Hacıyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini məhkəməyə verdi

Dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsində sabiq rəhbərin şikayətinə baxılacaq

Source:


Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini məhkəməyə verib.

Hacıyevin vəkili Aqil Layıcov APA-ya bildirib ki, C. Hacıyevin barəsində həbs qətimkan tədbirinin dekabrın 5-də seçilməsinə baxmayaraq o, hələ də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır: “Qanunvericiliyə görə, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxs 24 saat ərzində istintaq təcridxanasına etap edilməlidir. Onun həmin idarədə saxlanılmasının qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişik”.

Vəkil Cahangir Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri haqqında Nərimanov rayon Məhkəməsinin 5 dekabr tarixli qərarından apellyasiya şikayəti verdikləri, şikayətə dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsində baxılacağını da deyib.

Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilən sabiq rəhbər, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərCahangir Hacıyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini məhkəməyə verdi