Cahangir Əsgərovun xanımı ”Bank Silk Way”’ ASC-nin sahibidir

Zərifə Həmzəyeva bankın üç səhmdarından biridir

Source:


Zərifə Həmzəyeva bankın üç səhmdarından biridir

“Bank Silk Way” ASC 2016-cı il üzrə maliyyə hesabatını açıqlayıb. “Grant Thornton” şirkətinin müsbət rəy verdiyi sənədə görə, Zərifə Həmzəyeva bankın üç səhmdarından biri olmaqla, ona son nəzarət edən şəxsdir.

Məlumatı Azadlıq Radiosu yayıb.

Hesabatdan son iki ildə səhmdarların daim dəyişdiyi görünür. “Silk Vey Aviaşirkəti” MMC 2015-ci ildə səhmlərini üç fiziki şəxsə satıb. Sonra bankın səhmləri onlar arasında müəyyən nisbətdə bölünüb.

Bu, “Bank Silk Way” ASC-nin 2016-cı ildə açıqladığı maliyyə hesabatında göstərilib.

2016-cı ildə səhmdarlar, ən azı, iki dəfə dəyişib. İndi səhmdarların sayı yenə də üçdür, amma bu dəfə onların arasında bir şirkət də var. Bu isə “Bank Silk Way” ASC-nin 2017-ci il, mayın 5-də açıqladığı maliyyə hesabatında əksini tapıb.

Banka nəzarət edən Zərifə Həmzəyeva “Gazelli Group” MMC-nin prezidentidir. Xanım Həmzəyeva “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.

“VIP Aviation Services” (“VIP Aviasiya Xidmətləri”) MMC 2011-ci ildə yaradılıb. Rəsmi məlumatlara görə, şirkətin təsisçisi İlham Şükürovdur. Bu şirkət Bakıda və Azərbaycanın digər şəhərlərindəki beynəlxalq hava limanlarında fəaliyyət göstərir və aviasiya sektorunda inhisar subyektlərindən biridir. Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal-1 və Biznes Aviasiya terminalında, eləcə də “Bakı” və “Azərbaycan” VİP zallarında saat və zərgərlik məmulatları təklif edən çoxsaylı satış məntəqələri var.

Üçüncü səhmdar isə bankın İdarə Heyətinin sədri Elçin Əhmədovdur.

Ana səhifəXəbərlərCahangir Əsgərovun xanımı ”Bank Silk Way”’ ASC-nin sahibidir