“Çağ Öyrətim İşlətmələri” liseylərinin adı dəyişdirildi

Təhsil müəssisələri bundan sonra “Zərifə Əliyeva adına liseylər” kimi fəaliyyət göstərəcək

Source:


Təhsil müəssisələri bundan sonra “Zərifə Əliyeva adına liseylər” kimi fəaliyyət göstərəcək

Bir müddət əvvəl fəaliyyəti dayandırılan “Araz” kursları və “Çağ Öyrətim İşlətmələri” liseyləri başqa adlar altında işləməyə başlayacaq.

Belə ki, dünən axşam keçmiş “Dədə Qorqud” Özəl Türk liseyində Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Tədbirdə bildirilib ki, “Çağ Öyrətim İşlətmələri” bundan sonra “Zərifə Əliyeva adına liseylər” kimi fəaliyyətini davam edəcək.

Məlumatı Özəl Türk Liseyinin müdir müavini Məhəmməd Hüseynov da təsdiqləyib.

“Araz” hazırlıq kursları isə “Uğur” və “Ulduz” adları altında fəaliyyət göstərəcək.

Ana səhifəXəbərlər“Çağ Öyrətim İşlətmələri” liseylərinin adı dəyişdirildi