Buyur, bu da sənə Türk tərzli başqanlıq

Ölkə atasının malı idi, “Kupça”sını xanımının adına keçirtdi.

Source:

Azərbaycan prezidenti İlham Əliyev həyat yoldaşı Mehriban Əliyevanı vitse-prezident təyin etdi. Ərinə bir şey olarsa, Azərbaycanı o idarə edəcək.

*

Ölkə atasının malı idi,

“Kupça”sını xanımının adına keçirtdi.

*

İdarəçilik tək əldə toplanmışdı,

İndi “tək evdə” toplanmış oldu!

*

Çünki…

*

Əbülfəz Elçibəy.

Azərbaycanın bir gün mütləq müstəqil olacağına, hakimiyyətin xalqdan qaynaqlandığı demokratik bir ölkə olacağına inanırdı. Nümunə götürdüyü şəxs Mustafa Kamal idi.

“Mən Atatürk əsgəriyəm”, – deyirdi.

Həbs olundu.

1.5 il həbs cəzası verdilər.

KQB zindanlarında, ağır iş mədənlərində sağ qaldı.

“Çox işgəncə, əzab gördüm, məni bu yandımır. Məni yandıran Atatürk emblemini yaxamdan çıxarmaqları idi”, – deyirdi.

Həbsdən çıxan kimi azadlıq mübarizəsinə qaldığı yerdən davam etdi. Azərbaycan Xalq Cəbhəsini qurdu. Bir yandan müstəqillik, digər yandan Ermənistanın əlinə keçmiş vətən torpaqları üçün vuruşdu.

Sovet dağılandan sonra Azərbaycanın prezidenti oldu.

İlk rəsmi səyahətini Türkiyəyə etdi, Anıtkabirə getdi, xatirə kitabına “ən böyük Türkün böyük komandiri, səni ziyarət etmək mənə və bütün millətimə böyük şərəf verdi”, – sözlərini yazdı və məhz bu cür imzaladı “sənin əsgərin, Əbülfəz Elçibəy”.

Anıtkabirdən sonra TBMM-yə (Türkiyə Böyük Millət Məclisinə) getdi, kürsüyə çıxdı, millət vəkillərimizə müraciət edərək dedi: “Bu mübarizəyə başlarkən məndən nə edəcəyimi soruşdular, onlara yolumuzun Mustafa Kamal yolu olduğunu, demokratik dövlət quracağımızı dedim!”

Belə bir vətənpərvər…

Belə bir demokratiya aşiqi idi.

Sözdə yox, həqiqi Atatürkçü idi.

Atatürk inqilablarını Azərbaycanda reallaşdırmağa başladı, kiril əlifbasından latına keçdi, Türk dilini rəsmi dövlət dili etdi, milli pul çap etdirdi, rubldan manata keçdi, rus ordusunu Azərbaycan torpaqlarından çıxardı, neft və qaz müqavilələrini “milli mənfəətlər”-ə uyğun imzaladı.

Və beləliklə,

Düyməyə basıldı.

Elçibəydən təcili qurtulmaq lazım idi.

Zabitlərlə əlbir olub çevriliş başladıldı.

Ölkə xaosa sürükləndi.

Elçibəy telefonu götürdü, Ankaradan kömək istədi.

Ancaq… Böyük xəyalları alt-üst oldu.

Çünki Ankaranın tükü də tərpənmədi. Nə silah, nə pul, nə də diplomatik dəstək verdi. Qəribə vəziyyət idi.

*

Elçibəy hələ bilmirdi, amma… ABŞ-ın qucağında oturan Ankara siyasətçiləri, təəssüf ki, müstəqil Azərbaycanı satmışdı!

*

Elçibəyə məhz Ankara tərəfindən ağıl verildi, “Heydər Əliyevi vəzifəyə dəvət et, rusları yaxından tanıyır, çevrilişi dayandıra bilər”, – deyildi.

Heydər Əliyev KQB generalı idi, Sovet İttifaqında 20 il millət vəkilliyi etmişdı, Qorbaçov tərəfindən vəzifəyə gətirilmişdi, Naxçıvanda Yeni Azərbaycan Partiyasının başqanı idi.

*

Elçibəy çarəsiz idi, əli-qolu bağlanmışdı,

Əliyev məclisin başqanı oldu.

“Təxribat” tamamlanmışdı…

Əliyev kresloya oturan kimi çevrilişi başladan zabitlərlə əl sıxışdı, odun üstünə yağ tökdü, ölkədə vətəndaş müharibəsi küləyi əsdi.

Azərbaycan xalqı tarixi bir səhv elədi…

Elçibəyin yanında durmaq yerinə qorxuya boyun əydi, təzyiqə və şiddətə təslim oldu.

Atatürkün əsgəri tək qalmışdı.

Geri çəkilməli oldu.

*

Çevriliş təxribatı ilə ölkə bir nəfərə verilmiş oldu.

*

Heydər Əliyev prezident oldu, inqilabçı hərbçini də baş nazir qoydu. Bismillah, ilk iş… Elçibəy müddətində imzalanmış neft-qaz müqavilələrini ləğv etdirdi, Azərbaycanın təbii sərvətlərini amerikan, ingilis, rus neft şirkətləri arasında bölüb paylaşdırdı.

*

Elçibəyin izləri tamamən təmizləndi, hələ 61 yaşında ikən GATA xəstəxanasında rəhmətə getdi. Dəfn mərasiminə bir milyon insan gəlmişdi, amma iş-işdən keçmişdi. Azərbaycan artıq Azərbaycan xalqının deyildi.

*

Bundan sonrakı seçkilər əlbəttə ki, formal xarakter daşıdı. Azərbaycan xalqı nə səs verirsə versin, Heydər Əliyev 80-90 faizlə seçkilərdə qalib gəldi. 11 il ölkəni tək idarə etdi. Oğlunu əvvəlcə millət vəkili, sonra baş nazir təyin etdi. Öləndə də ölkəni oğluna qoyub getdi. Oğlu da 14 ildir ölkəni tək idarə edir. Yoldaşı Mehribanı əvvəlcə millət vəkili, dünən də vitse-prezident təyin etdi. Böyük ehtimalla Mehriban da məmləkəti ya qızına, ya da nəvəsinə ötürər.

*

Tam referendum ərəfəsində Allahın lütfüdür, ibrətdir bu.

*

“Atatürkun əsgəri”nə sahib çıxmayan millətin həzin aqibəti, “Mustafa Kamalın əsgərləri”-nə qulaq asmayanlara ibrət olmalıdır.

*

Fərd olaraq qalın, qardaşım.

Atasının malı olmayın.

Ana səhifəMənim FikrimcəBuyur, bu da sənə Türk tərzli başqanlıq