Bütün dövlət qurumlarından əli üzülən ailə kömək axtarır

Bütün dövlət qurumlarından əli üzülən ailə kömək axtarır

Şəraitsiz bu evdə 6 nəfər yaşayır. Onların hər biri yaşlı atanın aldığı pensiyaya ümid edir. Anar Abbasov deyir ki, atasının pensiyası heç onun dərmanlarına da çatmır.

Ailə kömək üçün bütün dövlət orqanlarına müraciət etsə də, hələ də müsbət cavab almayıb. Gündəlik fəhləliklə ailəsini dolandıran Anar pandemiya səbəbi ilə işini də itirib. Amma 190 manat birdəfəlik ödəmə üçün müraciətinə də rədd cavabı verilib. Məktəblər açılsa belə, ata uşaqlarına geyim, dəftər-kitab ala bilməyəcəyini, buna görə də onların dərslərdən geri qalacağını deyir.

Ana səhifəVideoBütün dövlət qurumlarından əli üzülən ailə kömək axtarır