”Bütün diplomatik nümayəndəliklərin rəsmiləri ilə görüşlərə açığıq”

”Bütün diplomatik nümayəndəliklərin rəsmiləri ilə görüşlərə açığıq”

Source:


”Bütün diplomatik nümayəndəliklərin rəsmiləri ilə görüşlərə açığıq”

ReAl-ın siyasi hərəkatı son bir həftədə Baş Prokrorluğun təşkilatla bağlı araşdırmasına etiraz olaraq bəyanat yayıb.

Bəyanatda son zamanlar Respublikaçı Alternativə qarşı böhtan kampaniyası xatırlanaraq bildirilib ki, atılan böhtanın saxtalığı təşkilatın proqram sənədlərini oxuyanların, üzvlərin yazılarını və çıxışlarını izləyənlərin hər birinə aydındır. ReAl, yarandığı gündən ölkəmizdə dünyəvi dəyərlər, hüququn üstünlüyü, gerçək xalq təmsilçiliyi üzərində qurulacaq cümhuriyyət uğrunda çalışır.

“Çağdaş dönəmin tələblərinə və tərəqqinin təməl prinsiplərinə uyğun olaraq, ReAl hər zaman dini və milli barışın tərəfdarı olub. Təşkilatımız milli təhlükəsizlik qayğılarına böyük önəm verir. ReAl, ölkəmizə içdən və bayırdan gələn risklərə qarşı duyarlıdır. Bundan əlavə, dəyərlərimizdən və prinsiplərimizdən qaynaqlanan qırmızı cizgilərimiz var. İqtidar istəyir ki, bütün xarici hökumətlər və qurumlar, diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar ancaq onlarla danışsınlar. Bunun özü də bir inhisardır. Bunun üçün bu iqtidar, başqa tədbirlərlə yanaşı, müxalifəti hər yerdə və hər kəsin gözündə aşağılamağa, şərləməyə çalışır”,-deyə bəyanatda qeyd olunub.

ReAl bəyan edir ki, Azərbaycanda rəsmi və işgüzar səfərdə olan siyasətçilərlə, beynəlxalq təşkilatların, eləcə də ölkəmizdə çalışan bütün diplomatik nümayəndəliklərin rəsmiləri ilə görüşlərə bundan sonra da açıq olacaqlar. Qondarma iddialar əsasında aparılan istintaq tədbirləri ilə ReAl-ı yolundan döndərmək mümkün deyil. ReAl, liderinin 4 illik əsassız məhkumluğu ilə bunu sübut edib.

Ana səhifəXəbərlər”Bütün diplomatik nümayəndəliklərin rəsmiləri ilə görüşlərə açığıq”