Hadisənin narkotik maddənin təsiri altında baş verdiyi deyilir
Bakının Nəsimi rayonunda Rəşid Behbudov küçəsində dekabrın 10-dan 11-ə keçən gecə qadın binanın beşinci mərtəbəsindən aşağı atılıb.
Məlumata görə, hadisə nəticəsində 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızı aldığı xəsarətdən hadisə yerində keçinib.
Bildirilir ki, qadını onun əri Bakı sakini Taxveli Ramiz Pərviz oğlu binanın 5-ci mərtəbəsində olan mənzilin eyvanından atıb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən R.Taxveli saxlanılıb. R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yarandığı bildirilir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Baku.ws
saytının məlumatına əsasən, Taxveli Ramiz Pərviz oğlu məşhur “Buta Palace”ın art dikertoru vəzifəsində çalışır.