”Buraxılış imtahanlarında 2-3 alan şagirdlərin sayı 8 faiz artıb”

Altay Göyüşov: İndiki siyasət təhsilin inkişafına yox, tənəzzülünə xidmət edir

Source:
Altay Göyüşov
Altay Göyüşov
Altay Göyüşov
Altay Göyüşov


Altay Göyüşov: İndiki siyasət təhsilin inkişafına yox, tənəzzülünə xidmət edir

“Ötən il 2-3 qiymət alan şagirdlərin göstəricisi  44 faiz idisə, bu il bu rəqəm 52 faiz olub. Bu isə o deməkdir ki, aşağı qiymət alan şagirdlərin sayı 8 faiz artıb”.

Tarixçi-alim Altay Göyüşov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK)16, 21, 25, 30 iyun tarixlərində orta məktəblərdə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının statistikasına dair nəticələri şərh edərkən Meyda TV-yə deyib ki, o, qurumun açıqladığı rəqəmlərə şübhəylə yanaşır: “Mövcud göstərici TQDK-nin açıqladığı rəqəmlərdən 2 faiz çoxdur. Adi bir misal gətirim. Müəllimlərin imtahanlarının nəticələriylə bu rəqəmlər arasında qeyri-adekvatlıq var. Görünür, nazirlik gözə kül üfürür. Faktiki olaraq, nazirlik pripiska və statistikayla oynamaqla vəziyyətin yaxşılaşdığını ictimaiyyətə təlqin etmək istəyir”.

Başqa bir problem ana dilindən qiymətləndirmə test imtahanı ilə bağlıdır. Şagirdlərin əksəriyyəti inşa yazısını yazmır. Söhbət yazı qabiliyyətinin aşağı düşməsindən gedir. Harada işləməsindən asılı olmayaraq, vətəndaş yazıyla təmasda olacaq, yazı peşəkar fəaliyyətin mühüm hissəsi olacaq. Sualların kifayət qədər asanlaşdırıldığını güman edirəm. Göstəricilər asanlaşdırılmış testlərdən sonra da böyük faizə keçə bilmir. Bu, təhsilin bərbad vəziyyətdə olmasının göstəricisidir”.

A.Göyüşov dedi ki, 11-ci siniflərin nəticələrində nisbətən irəliləyiş müşahidə olunsa da, bu, orta məktəbdə verilən təhsildən çox, repititorlarla bağlıdır.

A. Göyüşov hesab edir ki, Təhsil Nazirliyinin islahat adıyla atdığı addımlar çox bəsit və qeyri-peşəkarlıq xarakteri daşıyır: “Təhsil naziri cəmiyyətə onu çatdırmaq istəyir ki, onun məktəblər üzərində avtoritetinin qurulması kifayət qədər çətindir, səbəb də icra hakimiyyətlərinin buna mane olmasıdır. Məktəblər seçki dövründə saxtakarlıq məqsədiylə istifadə olunduğundan hakimiyyət onları nəzarətindən buraxmaq istəmir. Əgər məktəblər nazirliyə tabe olsa, seçkini saxtalaşdırmaq çətinləşər”.

A.Göyüşov hesab edir ki, təhsil sistemində inkişaf edən ölkələrin təhsil metodologiyası tətbiq  olunmalıdır: “Malaziya, Sinqapur nümunələri var, yaxud ali təhsil sistemində Qazaxıstan nümunəsini misal çəkmək olar. Azərbaycanda problemi həll etmək üçün siyasi iradəyə ehtiyac var. Bəli, azad mühit və yüksək təhsilli insanların özünəməxsus siyasi tələbləri avtoritar rejimlər üçün problem yaradır. İndiki siyasət təhsilin inkişafına yox, tənəzzülünə xidmət edir. Əgər siyasi iradə ortaya qoyulsa, 5-10 ilə nəticələrini görmək olacaq. Əks təqdirdə, vəziyyət getdikcə, pisləşəcək”.

Ana səhifəXəbərlər”Buraxılış imtahanlarında 2-3 alan şagirdlərin sayı 8 faiz artıb”