Buraxılış imtahanında iştirak etməyən şagirdlərə attestat verilməyəcək

Afiqə Batıyeva: ”IX sinif şagirdlərinin biliyinin qiymətləndirilməsi yeni qaydalar əsasında həyata keçiriləcək”

Source:


Afiqə Batıyeva: ”IX sinif şagirdlərinin biliyinin qiymətləndirilməsi yeni qaydalar əsasında həyata keçiriləcək”

Tam orta təhsil (XI sinif) səviyyəsi üzrə buraxılış imtahanı qaydalarında dəyişiklik edilməyib.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Afiqə Batıyeva IX və XI sinif üzrə buraxılış imtahanları zamanı tətbiq olunacaq yeni qaydalara həsr olunmuş mətbuat konfransında məlumat verib.

APA-nın məlumatına görə, A.Batıyeva bildirib ki, IX sinif üzrə I mərhələdə şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli, 10 qapalı tipli, Riyaziyyat fənnindən 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan başqa, şagirdlər I mərhələdə təqdim edilmiş mövzulardan birini seçməklə könüllük əsasında esse yazmalıdırlar. II mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test təqdim edilir.

A.Batıyeva vurğulayıb ki, IX və XI siniflər üzrə buraxılış imtahanlarının keçirilməsi dövlət büdcəsindən maliyyələşdirilir və təhsil alanlar üçün ödənişsizdir.

Şöbə müdiri həmçinin bildirib ki, 2016/2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə (IX sinif) təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) fənn kurikulumlarının tətbiqi ilə bağlı bütün yeniliklər nəzərə alınaraq yeni qaydalar əsasında həyata keçiriləcək. Belə ki, təsdiq olunmuş yeni qaydalara əsasən, IX sinifdə buraxılış imtahanı II mərhələdə təşkil olunacaq.

A. Batıyeva qeyd edib ki, buraxılış imtahanında iştirak etməyən şagirdlərə attestat verilməyəcək.

Ana səhifəXəbərlərBuraxılış imtahanında iştirak etməyən şagirdlərə attestat verilməyəcək