”Burada evdən duz gətirənə gülürlər”

Bu göl üç qəsəbənin sakinlərinin qazanc yeridir. Saray, Novxanı, Masazır qəsəbəsindən toplam 200 nəfər hər gün Duz gölündə işləməyə gəlir.

Onlar duzu toplayıb zavoda təhvil verirlər. 200 nəfər günə 1000 ton duz yığır. Bir ton duza zavod 18 manat pul ödəyir. İşçilər qazanclarından razıdırlar.

Duz yığımı iyundan başlayıb oktyabr, noyabra qədər davam edir. Burada çalışan işçilər 5-6 aydan sonra yeni iş yeri tapmağa çalışırlar. Amma cəhdləri çox vaxt boşa çıxır.

İşçilər duzu yığıb suyunun çəkilməsini gözləyirlər. Növbəti gün yığdıqları duzu zavoda təhvil verirlər.Deyirlər, duz onları ağ günə çıxarıb.

Ana səhifəVideo”Burada evdən duz gətirənə gülürlər”