Mənbə: https://www.sozcu.com.tr/

Bülent Ersoyu müşayiət edən 21 nəfər 1 ay həbs edilib

Orkestrin rəhbərinə isə 45 günlük həbs cəzası verildiyi bildirilir

Bülent Ersoyu müşayiət edən orkestrə bir ay həbs cəzası verilib.

Türkiyə mətbuatının yazdığına görə, buna səbəb Şimali Kipr Türk Cümhuriyyətinə giriş öncəsi təqdim edilən saxta PZR (Polimeraz zəncir reaksiyası-red) testləri olub.

Məhkəmə qərarına əsasən, iyirmi bir nəfərlik heyətə bir ay, orkestrin rəhbərinə isə 45 günlük həbs cəzası verilib.

Saxta COVİD-19 testi hazırlayan, bu işdə vasitəçi olan otel rəhbərliyi, həmçinin səhiyyə işçiləri ilə bağlı məhkəmə qərarı yaxın həftələrdə məlum olacaq.

Bülent Ersoyun saxta PZR testi hadisəsi bu il avqustun 28-də Kiprin Ercan Hava Limanında yoxlanış zamanı məlum olmuşdu.

Musiqiçilər PZR testini verdikdən sonra konsert zalına buraxılmışdı.

Bülent Ersoyun çıxışından sonra onlar təkrar polis bölməsinə gətirilərək, məhkəmə qərarı ilə bir ay nəzarət altında saxlanılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1s78vo

Ən çox baxılan