Büdcədən pay alanlar: KİV, siyasi partiyalar, diaspor, mədəniyyət, incəsənət…

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinə ümilikdə 418 169 237 manat ayrılacaq.

Foto: Arxiv


Gələn il üçün ayrılan büdcə 12,7 faiz çoxdur

Milli Məclis deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən 4 milyon manat vəsait ayrılacaq.

Kütləvi informasiya vasitələrinin, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin təmin olunması məqsədilə ümumilikdə 56 milyon manat vəsait nəzərdə tutulub.

Bu, 2020-ci illə müqayisədə 6,3 milyon manat və ya 12,7 faiz çoxdur.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinə ümilikdə 418 169 237 manat ayrılacaq.

Mədəniyyət və incəsənət sahəsində fəaliyyətə 177 486 278 manat, televiziya, radio və nəşriyyata 67 482 949 manat, bədən tərbiyəsi və gənclər siyasətinə 53 958 941 manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər üçün 119 241 069 manat vəsaitin ayrılması nəzərdə tutulur.

Diaspor fəaliyyəti və lobbi quruculuğu ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 7,3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və psixo-pedaqoji işin təşkili və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı, həmçinin Komitə aparatının saxlanılması xərcləri üçün 2021-ci ilin dövlət büdcəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə cəm olaraq 1,5 milyon manat vəsait nəzərdə tutulub.

Ana səhifəSosialBüdcədən pay alanlar: KİV, siyasi partiyalar, diaspor, mədəniyyət, incəsənət…