”Büdcədən indiki həcmdə xarici borc qaytarılmayıb”

Rövşən Ağayev: “Bu, indiyə qədər olan göstəricinin rekordu sayıla bilər”

Source:


Rövşən Ağayev: “Bu, indiyə qədər olan göstəricinin rekordu sayıla bilər”

2017-ci ilin dövlət büdcəsindən xarici borcların qaytarılması üçün xərclər 233 milyon manat (16%) artır.

İqtisadçı Rövşən Ağayev öz “Facebook” səhifəsində yazır ki, büdcədən indiki həcmdə xarici borc qaytarılmayıb və bu, indiyə qədər olan göstəricinin rekordu sayıla bilər:

“Belə ki, gələn ilin büdcəsindən 1.707 milyard manat (hazırkı rəsmi məzənnə ilə 1.053 milyard dollar) xarici borcların ödənilməsi üçün nəzərdə tutulur. 2016-cı ildə həmin göstərici 1.474 milyard manat (950 milyon dollar) proqnoz edilib”.

Ana səhifəXəbərlər”Büdcədən indiki həcmdə xarici borc qaytarılmayıb”