Büdcədə ”Qaçqınkom”, səhiyyə və təhsil sahəsinin vəsaitlərinin artırılması təklif edilir

Azərbaycanın beynəlxalq fəaliyyəti və beynəlxalq təşkilatlara üzvlük haqqı üçün dövlət büdcəsindən ayrılan vəsait isə azaldılır

Source:
Milli Məclisin komitə iclası
Milli Məclisin komitə iclası


Azərbaycanın beynəlxalq fəaliyyəti və beynəlxalq təşkilatlara üzvlük haqqı üçün dövlət büdcəsindən ayrılan vəsait isə azaldılır

2019-cu il dövlət büdcəsi zərfində qeyd olunub ki, gələn il Səhiyyə Nazirliyinə 2 milyon 283 min 168 manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bu rəqəm 2018-ci illə müqayisədə 192 min 680 manat çoxdur.

Təhsil Nazirliyinə isə 10 milyon 333 min 259 manat vəsait ayrılacaq. Bu məbləğ 2018-ci illə müqayisədə 1 milyon 40 min 946 manat çoxdur.

Layihədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılacaq vəsaitin də artırılması nəzərdə tutulub.

Komitəyə 2 milyon 705 min 359 manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da ildəki məbləğdən 516 min 281 manat çoxdur.

Azərbaycanın beynəlxalq fəaliyyəti və beynəlxalq təşkilatlara üzvlük haqqı üçün dövlət büdcəsindən ayrılan vəsait isə azaldılır. Büdcə zərfinə əsasən, gələn il bu sahəyə 185 milyon 700 min manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu da 2018-ci illə müqayisədə 25 milyon 686 min manat azdır.

Gələn il Azərbaycanda 36 909,2 mln.kubmetr qaz hasilatı proqnozlaşdırılır ki, bunun da 24,732 mlrd. kubmetri əmtəəlik qazın payına düşür.

2019-cu ildə ölkədə ümumilikdə qaz hasilatının həcminin bu ilin proqnozu ilə müqayisədə 22%, əmtəəlik qaz hasilatının həcminin isə 13% çox olacağı gözlənilir.

Bu il Azərbaycanda 30,205 mlrd. kubmetr (əmtəəlik 21,920 mlrd. kubmetr) qaz hasilatı nəzərdə tutulur. 2017-ci ildə Azərbaycanda ümumilikdə 28 362,6 mln. kubmetr, 18 959,4 mln. kubmetr isə əmtəəlik qaz hasil edilib.

DSMF-nin gələn il üçün gəlir və xərcləri 3 928 104 000 manat səviyyəsində nəzərdə tutulub.

2019-cu ilin büdcə zərfində “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə əsasən, növbəti ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 419 371 590 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 811 687 000 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 110 684 590, qeyri-büdcə sektoru üzrə 1 497 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 65 000 000, sair gəlirlər 6 000 000 manat nəzərdə tutulub.

Sənəddə, gələn il üçün dövlət büdcəsindən ayırmalar, yəni transfertlərin proqnozu 1 502 732 410 manat götürülüb.

Fondun 2019-cu il büdcəsinin xərcləri əhaliyə ödənişlər üzrə 3 834 944 000 manat, o cümlədən əmək pensiyalarının ödənilməsi üzrə 3 743 000 000 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə 91 944 000 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 24 628 000, hamiləliyə və doğuşa görə 29 716 000, uşağın anadan olmasına görə 7 200 000 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 13 400 000 manat, dəfn üçün 17 000 000 manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 22 500 000 manat proqnozlaşdırılıb.

“İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə əsasən, gələn il işsizlikdən sığorta fondunun gəlirləri və xərcləri 83 mln. 451 min 400 manat məbləğində proqnozlaşdırılıb.

Sənəddə bildirilib ki, gələn il fondun gəlirləri işsizlikdən sığorta üzrə sığorta haqları 83 mln. 421 min 400 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 13 mln. 60 min 700 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 13 mln. 60 min 700 manat, qeyri-büdcə sektoru üzrə 57 mln. 300 min manat və sair gəlirlərdən 30 min manatlıq daxilolmalar hesabına təmin ediləcək.

Qanun layihəsində fondun xərclərinin istiqamətləri də açıqlanıb:



– işsizliyə görə sığorta ödənişləri 11 mln. manat,





– peşə hazırlığı və əlavə təhsilin təşkilinə 1 mln. 800 min manat,





– peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 1 mln. 300 min manat,





– əmək yarmarkaları və əmək birjalarının təşkilinə 150 min manat,





– haqqı ödənilən ictimai işlərin təşkilinə 1 mln. 900 min manat,





– özünüməşğulluq tədbirlərinin təşkilinə 42 mln. 41 min 400 manat,





– sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 5 mln. manat, peşə standartlarının hazırlanması 1 mln. manat,





– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın ( qurumun) aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 19 mln. 260 min manatın yönəldilməsi nəzərdə tutulur.

Sənəd Milli Məclis plenar iclasında qəbul edildikdən sonra ölkə başçısı tərəfindən imzalanmalıdır.

Qanun 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcəyi nəzərə tutulub.

Ana səhifəXəbərlərBüdcədə ”Qaçqınkom”, səhiyyə və təhsil sahəsinin vəsaitlərinin artırılması təklif edilir