Futbolçu 5 il Portuqaliya klubu üçün çalışacaq
Azərbaycanlı futbolçu Budaq Nəsirov karyerasını Portuqaliya çempionatında davam etdirəcək. “cbcsport.tv” yazır ki, ötən mövsümü “Kəpəz”in heyyətində keçirən gənc yarımmüdafiəçi Lissabonun “Sportinq” klubu ilə 5 illik müqavilə imzalayıb.
İyulun 7-də isə “Xəzər-Lənkəran”dan ayrılan Elnur Cəfərov Portuqaliyanın superliqasında mübarizə aparan “Tondela” klubu ilə 1 illik müqavilə imzalayıb.