”Bu yaşayışla körpələrimin gələcəyini görmürəm”

Cəbrayıllılar torpaqlarını itirəndən sonra burada məskunlaşıblar. 1927-ci ildən qalan tikililərdə. Bura vaxtilə hərbi hissə olub, sonralar peşə məktəbinin anbarına çevrilib. Uçmuş yerlər onların qismətinə düşüb.

Evlər rütubətlidir, pencərələri yoxdur. Sakinlər deyir ki, qışda otaqları qızdırmaq müşkülə çevrilir. Yay aylarında isə evlərə həşəratlar ayaq açır. Döşəmələrin beton olması işlərini lap çətinləşdirir. Sakinlər deyir ki, illərdir yetkililərdən heç kim onlara baş çəkməyib.

25 ildir şəraitsizlikdə yaşayan köçkünlər öz torpaqlarına dönmək istəyirlər. 35 yaşlı Saleh Fətəliyev 10 yaşından bəri torpaqlarına qayıdacaqlarını, şəraitli evdə yaşayacaqlarını eşidir.

Ömrünün yarıdan çoxunu Cəbrayılda keçirən 75 yaşlı Səxavət Rəhimov da o yerlərə qayıdacağı arzusu ilə yaşayır.

Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən bildirilib ki, burada yaşayanların köçürülməsi hələ nəzədə tutulmayıb. Köçürülmə mərhələli şəkildə – ağır, qəzalı vəziyyətdə olanlardan başlayaraq həyata keçirilir.

Ana səhifəVideo”Bu yaşayışla körpələrimin gələcəyini görmürəm”