”Bu şəkildə vəsait ayrılması olan-qalan medianın öldürülməsi deməkdir”

Arif Əliyev: ”Bu pulları öz aralarında bölüb, sakitcə otururlar”

Source:
Qəzetlər
Qəzetlər


Arif Əliyev: ”Bu pulları öz aralarında bölüb, sakitcə otururlar”

Prezident İlham Əliyev milli mətbuatın yaranmasının növbəti ildönümü ərəfəsində nəşr olunan qəzetlərə maddi yardımın edilməsi ilə əlaqədar

sərəncam

imzalayıb.

Prezidentin rəsmi saytının məlumatına əsasən, sərəncamda deyilir ki, nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılsın.

Amma ekspertlər bu yardımın qəzetlərin inkişafına dəstək olacağına şübhə edirlər.

“Ayna-Zerkalo” qəzetinin baş redkatoru Elçin Şıxlı çap mətbuatına 1 milyon manat pulun ayrılması ilə heç bir inkişaf görmədiyini bildirib. Onun fikrincə, maliyyə yardımı edilən qəzetlər qəzet deyil:

“Gedin həmin qəzetlərin tirajlarına, alışına baxın. Hazırda Azərbaycanda qəzet yayımı sistemi və reklam bazarı yoxdur. Hətta bunlar olsa belə, həmin qəzetləri heç kim almır. Artıq ölkədə qəzet almaq vərdişi yoxa çıxıb. Ən əsası həmin qəzetlərdə maraqlı və alternativ informasiya da yoxdur”.

“O zaman bu qədər vəsaitə ehtiyac varmı” sualına Elçin Şıxlı cavab olaraq, bu sualın prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisinə ünvanlanmalı olduğunu bildirib.

“Prezidnetin həm işıq, həm iqtisadiyyat, həm xarici siyasət dərdi var və hər bir seqmentdə də onun köməkçisi var. İctimai-siyasi, mətbuat üzrə məsləhətçi Əli Həsənovdur. Təqdimatı o verir, prezident də bu təqdimata inanır və buna görə də istədiyi yardımı ayırır”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, 1 milyon manat son illər hökumətin mediaya ayırdığı vəsaitin qarşısında çox cüzi məbləğdir.

“Hər il çap mətbuatına təxminən 4-5 milyon xərclənir, hələ mənzillərin tikilməsini də bura əlavə edin. Əgər bu ayırmaların qarşılığında müsbət dəyişiklik olmayıbsa, 1 milyon manatla da olmayacaq. Sadəcə, əlavə puldur”.

Arif Əliyev foto Meydan TV
Arif Əliyev foto Meydan TV

Arif Əliyev deyir ki, çap mediasının indiki vəziyyətində pula ehtiyac var.

“Məsələ ondadır ki, rəsmi statistikaya görə qəzetlərin fərdi gəlirləri son 2-3 ildə 3-4 dəfə aşağı düşüb, bura reklam və satışdan olan gəlirlər daxildir. Ona görə də qəzetlərin nəinki inkişafı, heç özlərini saxlamağa da imkanı yoxdur. Ümumiyyətlə, bu şəkildə vəsait ayrılması olan-qalan medianın inkişafdan saxlanılması, öldürülməsi deməkdir. Çünki qəzetlərin durumu haqda heç bir araşdırma aparılmır, reklam bazarı sıradan çıxır, peşəkarlıq aşağı düşür. Sadəcə, ayrılan pullar bölünür, onlara sərf olunmur. Onlar da bu pulları öz aralarında bölüb, sakitcə otururlar”.

Ana səhifəXəbərlər”Bu şəkildə vəsait ayrılması olan-qalan medianın öldürülməsi deməkdir”