Cərimələr artırılır, həbs cəzasının tətbiqi nəzərdə tutulur
Tərkibində narkotik maddə olan bitkilərin becərilməsinə görə cərimələr artırılır. Belə bitkilərin becərilməsinə görə həbs cəzasının tətbiqi nəzərdə tutulur.
“Report” yazır ki, bununla bağlı Cinayət Məcəlləsinin 208-ci maddəsinə dəyişiklik təklif edilir.
Bundan sonra tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz becərilməsinə görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək. İşin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda iki ayadək inzibati həbs nəzərdə tutulur.
Layihədə qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi maddəsi ilə satış məqsədi olmadan tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak miqdarında əkilməsinə, yetişdirilməsinə və ya toplanılmasına görə inzibati məsuliyyət müəyyən edilib. Satış məqsədi olmadan tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrini) hansı miqdarda kultivasiyasının inzibati və ya cinayət məsuliyyətinə səbəb olması müəyyən edilməyib ki, bu da cinayət prosesini həyata keçirən orqanlar tərəfindən həmin maddənin tətbiqində anlaşılmazlıq yaradır.
Layihə Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.