“Bu proseslər ölkənin demokratik inkişafını geri atıb”

Beynəlxalq təşkilatlar Rəsul Cəfərovun həbsini pisləyir

Source:


Beynəlxalq təşkilatlar Rəsul Cəfərovun həbsini pisləyir

“Aprelin 16-da Azərbaycanın tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərovun 6 il yarım müddətə azadlıqdan məhrum edilməsi barədə hökm bizi çox narahat edir. Ona qarşı irəli sürülən ittihamlar siyasi motivli olub”, – ABŞ Dövlət Departamentinin mətbuat katibi Marti Xarf bildirib.

“İnsan Hüquqları Klubunun təsisçisi və sədri Rəsul Cəfərov ötən ilin avqustunda vətəndaş cəmiyyəti fəallarına qarşı böyük repressiya dalğası çərçivəsində həbs olunub. Bu proseslər ölkənin demokratik inkişafını geri atıb.

Biz Azərbaycan hökumətini öz beynəlxalq öhdəliklərinə əməl etməyə və vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa çağırırıq.

Hakimiyyət bu yolda ilk addım olaraq cənab Cəfərovu və özünün əsas hüquq və azadlıqlarını həyata keçirdiklərinə görə həbs olunan digər şəxsləri azad etməlidir. Bu, ölkədə uzunmüddətli sabitliyi və bizim ikitərəfli münasibətlərimizi möhkəmləndirər”, – M.Xarf bildirib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassor  da hüquq müdafiəçisi Rəsul Cəfərovun 6 il yarım müddətə həbs cəzası almasını pisləyən bəyanatla çıxış edib.

O, Twitterdəki mikrobloqunda yazıb: “Azərbaycanda hüquq müdafiəçilərinə qarşı represiyaların davam etməsi vəziyyətin pisləşdiyini göstərir.

Azərbaycanın insan hüquqları, hüquq sisteminin müstəqilliyi və söz azadlığının təminatı məsələlərinin öhdəsindən gələ bilmədiyini görmək çox ağırdır”, –  AŞPA sədri bildirib.

Ana səhifəXəbərlər“Bu proseslər ölkənin demokratik inkişafını geri atıb”