”Bu ölkənin avropalaşmağa başladığı dövrü sıradan çıxarırlar”

Az qalıb, çox az qalıb. Bir müddət sonra “Sovetski” tarixin arxivinə qovuşacaq. İllər sonra yalnız şəkillərdə qalacaq. Nazirlər Kabinetinin qərarı ilə yerlə yeksan olacaq bu tarixi evlərin deməyə 2 əsr sözü var. “Sovetski”lilər hesab edir ki, bu binalarla birlikdə Bakının tarixi də yox olur.

Əsli Rəsulova 1875-ci ildən burada yaşayan Rəsulovlar ailəsinin gəlinidir. Qapıların hündürlüyündən, divarların qalınlığından, evin necə möhkəm, davamlı olmasından elə ürəklə danışır ki…

Elə ev qədər yaşı olan bu saatı da köçəcəyi yeni evlərinə aparacaqlarını deyir.

Adilə Məlikova isə istəyir ki, onları köçürsələr də, evlərini sökməsinlər.

“Sovetski”nin yaşlı sakinlərindən olan Faiq Əliyev danışır ki, 30 il əvvəl binanın üzərindəki naxışları silən erməni əsillli bərpaçılara mane ola bilsə də, bu gün hökumət rəsmiləri ilə anlaşa bilmir.

Faiq Əliyev deyir ki, bir gün mədəniyyət naziri ilə maliyyə nazirini evlərinin önündə rus dilində bir-birlərinə binanı təriflədiklərini görüb. Bu, ona çox pis təsir etdiyindən, arxalarınca gedib.

Sökülən təkcə binalardır, yoxsa böyük bir tarix silinir? Tarixçi Altay Göyuşov deyir ki, hər bir sivilizasiyanın əsas göstəriciləri tarixi abidələrdir. “Sovetski”dəki abidələr 19-cu əsrdən başlayan maarifçilik , müasirləşmək, avropalaşmaq və cümhuriyyət dövrünü özündə ehtiva edir.

Tarixçi hesab edir ki, bu abidələrin sökülməsi həmin dövrə olan qısqanc münasibətin bəhrəsidir.

Ana səhifəVideo”Bu ölkənin avropalaşmağa başladığı dövrü sıradan çıxarırlar”