”Bu ölkədən” o ölkəyə

Zülmə dəstək olan jurnalistlər…

Source:

Dünən sosial şəbəkələrdə “Bu ölkədən” haştaqı açılmışdı. Çox adam zarafatla da olsa problemlərini dilə gətirib, Azərbaycandan getmək istədiklərini yazmışdılar. Bugün bir qrup hakimiyyət mediasının jurnalistləri haştaqa yazıb ölkədən getmək istəyənləri təhqir edərək, “cəhənnəmə gedin, qapınız açıqdır, bu ölkədən heçbir yerə getmərəm, qalıb düzəltmək lazımdır” tipli ifadələr işlətdilər. Hələ bunu abırsız şəkildə xəbər saytlarında paylaşdılar. Mən xaricdə təhsil aldığıma görə haştaqı biraz dəyişib, “O ölkədən” şəklində yazıb, o, adamların səviyyəsinə düşmədən, onları təhqir etmədən cavablarını verməyə çalışacam.

Əvvəla inanın ki, sizə hörmət edənlər inanınki, qara qaşınıza, qara gözünüzə aşiq olub hörmət etmirlər. Sizə hörmət edənlər elə sizin bildiyiniz şəkildə ay sonunda zərflərin içində “hörmət” edirlər. Sizin hörmətiniz ancaq zərflərin içindən ibarət ola bilər, sizə “hörmət” edən vəzifəlilər, bir gün sifarişlə vurulacağını bildiyi üçün “hörmət” edirlər, onlara yaxşı yaltaqlanıb, yalan yerə tərifləyəsiniz deyə “hörmət” edirlər, yedikləri milyonları ört-basdır etmək üçün “hörmət” edirlər. Elə bu haştaqın açılma səbəbi də sizlərsiniz. Bəli Siz! Dəstək olduğunuz hakimiyyətdir!

Siz azad fikirli insanları təqib edib, didərgin salmadınızmı o ölkədən, yazıçını, şairi haqqlarında medianızda min-bir iftira atıb getməyə məcbur etmədinizmi o ölkədən, 23 ildə bərbad vəziyyətə saldığınız təhsil gəncləri məcbur etmədimi çıxmağa o ölkədən, rüşvətlə bəslənən tibbiniz xəstələri çıxmağa məcbur etmədimi o ölkədən, azad fikirli insanların yataq otaqlarına kameralar yerləşdirən, bunu abırsızca tirajlayan medianız, insanları rahat yaşamaq üçün xaircə çıxmağa məcbur qoymadımı o ölkədən, milyardları ofşor zonalara sizin dəstəklədiyiniz hökumət qaçırmadımı o ölkədən, avropada ən çox mühacir sayı olan ölkələrdən biri olan Azərbaycan vətəndaşlarını kim qaçırtdı o ölkədən!

Bu siyahını nə qədər istəsəniz uzatmaq olar. Bəli, bu zülmə dəstək olan sizlər səbəb oldunuz bunlara. Azərbaycanda qalıb nəsə yaxşı iş görmək istəyənləri də həbs etdiniz, hələ abırsızca deyirsiz, qalıb yaxşı işlər görmək lazımdır. Sizin yaxşı iş dediyiniz anlayış yaltaqlıqdır, oğurlamaqdır. Bəli, biz o ölkədən özümüzü müsbət mənada inkişaf elətdirib, qayıdıb ölkəmizə yaxşı işlər görmək üçün çıxırıq. Yoxsa yaxşı həyat üçün xaricdə təhsil aldığım bu ölkədən kənara bir addımımı da atmazdım, çünki Azərbaycanda vicdanlı vətəndaşa yaxşı həyat yoxdur.

Ana səhifəMənim Fikrimcə”Bu ölkədən” o ölkəyə