“Bu, nə ölkədir belə?” (VİDEO)

Qurban Xəlilov küçəsi 5-də yaşayan sakinlər binalarının girişindəki söküntü işlərindən narazıdırlar. Şikayətçilər bildirir ki, bir neçə həftə əvvələ qədər yaşadıqları binanın qarşısında yaşıllıq, binaya qalxa bilmələri üçün pilləkən olub. Təxminən 1 həftə əvvəl isə yol genişləndirilməsi adıyla binalarının girişini sökməyə başlayıblar. Sakinlər deyir ki, söküntü işlərinə  onlara heç bir bildiriş verilmədən başlayıblar.

Hər gün bir az sökülən binanın qarşısı hazırda bu vəziyyətdədir.

Bina sakini Şahin Hacıyev deyir ki, ərazidəki tikinti işlərinə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalubov nəzarət edir. Şikayətçinin söylədiyinə görə, o, tikinti ilə bağlı şəxsən Hacıbala Abutalubova da sual verib.

Sakinlər onu da deyir ki, məlum tikinti ilə bağlı onlara heç bir layihə göstərilməyib. Bəzi şikayətçilərin dediyinə görə, binanın qarşı tərəfindəki obyeklər iriçaplı məmurlara aid olduğundan, yolun genişləndirilməsi üçün məhz onların binası “qurban” gedib.

Bakı Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı sorğuya cavab verməyib.

Ana səhifəVideo“Bu, nə ölkədir belə?” (VİDEO)