Bu nə atalıq, bu nə əmilikdir?

Bəhruzlar təkcə sizin deyil, Azərbaycanın da oğullarıdır…

Source:


Bəhruz Hajıyevi tək Mingəçevir polis işçiləri yox, Bəhruzu bu hakimiyyət və bu siyasi sistem işgəncə verib, öldürdü. Bizi hər gün alçaldan, hər gün həbs edən, döyən, ləyaqətimizi əlimizdən alan, ölkəmizin 80%-ni işğal edən, müəllimə 150 manat maaş verən, müharibə qazisinə cəmi 50 manat müavinat verən, bir parça çörəyə görə bizi kölə kimi yaşamağa məcbur edən, bir ailə və bir neçə oliqarx üçün qurulan bu hakimiyyət və bu siyasi polis sistemi…

Amma Bəhruzu ölümünə səbəb olan, həm də onun atası  və başqa qohumlarıdır. Polisin öldürdüyü Bəhruzun atası etiraz etmək istəyənlərə: “Dala qayıdın!” deyir. Bəhruzun əmisi isə müsahibəsində  deyir ki, “Biz arxayınıq generalımıza”.

Bəhruzun ölümünə səbəb  həm də bu düşüncə, bu yanaşma, bu qohumlardır. Deməli, bunlar öz oğullarının, qohumlarının qatillərinə bu işin açılmasını etibar edirlər.  Bu nə həyatdır? Bu nə düşüncədir? Bu nə yaşayışdır?

Ata olmursan, əmi olmursan, lap baba ol. Ən əziz insanın öldürülür, sən bu ölümlə barışırsan, sənin öğlunun qanını pula satan generallara inanırsan. Sən Ramizlərə, İlhamlara inanırsan. Sən  başqalarını da köləliyə çağırırsan. Bu nə atalıq, bu nə əmilikdir? Belə ailəmi olar?!

Bəhruz yalnız sənin oğlun deyildi, o həm də Azərbaycanın oğluydu. Onun ölümü ilə bağlı haqqı necə tələb etmək, sənin kimilərin işi ola bilməz. Etiraz edə bilmirsənsə, heç olmasa, sus! Yoxsa başqalarını mübarizədən çəkindirmə! Etiraz edən hər kəsə, o cümlədən, Bəhruzun başqa mərd qohumlarına öz təşəkkürümü bildirirəm. Mən onların ədalət tələb etmək cəsarətləri qarşısında baş əyirəm. Eşq olsun öz ləyaqətini və vicdanını pula və ya qorxuya təslim etməyən mərd vətəndaşlarımıza!

Bu qədər qorxunun və ədalətsizliyin içində yaşamaqdansa, etiraz edib, haqqını tələb edib, insan kimi ölmək daha üstündür. Bu hakimiyyət yalnız ölümnən və ölməkdən qorxmayan vətəndaşların qabağında diz çökəcək. Yalnız bu halda, Bəhruzların, Elmarların qanı yerdə qalmayacaq, haqq, ədalət öz yerini tapacaq və biz azad, firavan cəmiyyət, azad  dövlət qura biləcəyik.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəBu nə atalıq, bu nə əmilikdir?