2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə 12,1 mlrd. manat vəsait daxil olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, büdcədən 12,2 mlrd. manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 92,1 mln. manatlıq kəsir ümumi daxili məhsulun 0,2 faiz-i səviyyəsində olub.
Büdcə xərclərinin 4,8 mlrd. manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 2,9 mlrd. manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 4,5 mlrd. manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilib.