Bu il Nobel Sülh Mükafatının qalibi Qreta Tunberi ola bilər

Tarixçi və mükafatla bağlı bir neçə kitabın müəllifi Asle Sveen Tunberinin builki mükafat üçün güclü namizəd olacağını deyib.

Source: Specify Source


Yaşıl təbliğatçı ən gənc namizədlərdəndir

Builki Nobel Sülh Mükafatı ətraf mühitə qobal diqqəti çəkən 17 yaşıl təbliğatçı Qreta Tunberi (Greta Thunberg) və “Gələcək üçün Cümə” Hərəkatına verilə bilər, – “Reuters” xəbər verir.

1 milyon dollarlıq mükafatın qalibi Osloda 9 oktyabr tarixində 318 namizəd arasından açıqlanacaq.

İsveçli 17 yaşlı gənc üç Norveç millət vəkili və iki İsveç deputatı tərəfindən namizəd göstərilib və əgər qalib gələrsə, o da indiyə qədər ən gənc Nobel mükafatçısı olan pakistanlı Malala Yousafzai ilə eyni yaşda bu mükafatı qazanmış olacaq.

Tarixçi və mükafatla bağlı bir neçə kitabın müəllifi Asle Sveen Tunberinin builki mükafat üçün güclü namizəd olacağını deyib.

“Dünyada heç kim diqqəti iqlim dəyişikliyinə yönəltmək üçün ondan daha artığını etməyib”,-Sveen “Reuters”ə deyib.

Komitə bundan öncə də mükafatı ətraf mühitçilərə verib. 2004-cü ildə Kenyada Wangari Maathai-yə Afrikada 30 milyon ağac əkmə kampaniyasına görə verilib. 2007-ci ildə isə Al Gore və İqlim Dəyişikliyi Hökumətlərarası Paneli mükafata sahib olub.

“Koronavirus böhranı dövründə komitə sülh və təhlükəsizliyə qarşı pandemiya təhlükəsini vurğulamağı da seçə bilər”, – Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun rəhbəri Dan Smit deyib.

“Ətraf mühitə dəyən ziyanla pandemiya arasında bir əlaqə var və Nobel Sülh Mükafatı Komitəsinin bunu vurğulamaq istəməyəcəyini düşünmürəm”, – o deyib.

Ana səhifəDünyaBu il Nobel Sülh Mükafatının qalibi Qreta Tunberi ola bilər