Tikinti sektorunda da azalma müşahidə olunur
2016-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 38027,8 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, 2015-ci illə müqayisədə 3,1 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Ümumi daxili məhsulun (ÜDM) 65,7 faizi qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektorunda ÜDM istehsalı ötən ilin eyni dövrünə nisbətən 94,2 faiz azalıb.
Məlumatda deyilir ki, bu, tikinti sektorunda 32,3 faiz azalma ilə bağlıdır. Bu il hökumət iqtisadiyyata dövlət investisiyalarını 3 dəfə azaldıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 3953,0 manat olub. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz azdır.